Türkiyə şirkətinin Beynəlxalq Banka qarşı apellyasiya şikayəti üzrə məhkəmə qərarı elan edilib

Türkiyə şirkətinin Beynəlxalq Banka qarşı apellyasiya şikayəti üzrə məhkəmə qərarı elan edilib Birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb
Hadisə
15 Sentyabr , 2016 11:11
Türkiyə şirkətinin Beynəlxalq Banka qarşı apellyasiya şikayəti üzrə məhkəmə qərarı elan edilib

Bakı. 15 sentyabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Türkiyə Respublikasının “Provel Tükətim Ürünləri Sanayi və Ticarət” Anonim Şirkətinin “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

"Report"un məlumatına görə, hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, birinci instansiya məhkəməsinin çıxardığı qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Türkiyə şirkəti “Azərbaycan Beynəlxalq Bankı” ASC-ni məhkəməyə verib. Şirkət bank qarantiyası üzrə ödənişin verilməsinə məcbur edilmə barədə tələb irəli sürüb. 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsi iddianı qismən təmin edib. Qərardan narazı qalan hər iki tərəf apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi