​Bakıda turizm şirkətinin rəhbərindən polisə şikayət edilib

​Bakıda turizm şirkətinin rəhbərindən polisə şikayət edilib Üç nəfərə ümumilikdə 40 min manat ziyan dəyib
Hadisə
12 Sentyabr , 2015 09:49
​Bakıda turizm şirkətinin rəhbərindən polisə şikayət edilib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakıda şirkət rəhbərindən polisə şikayət edilib.

“Report”un xəbərinə görə, Nəsimi rayonu ərazisində yerləşən “Just tour” turizm şirkətinin rəhbəri Zəkayil Abdullayevdən hüquq-mühafizə orqanlarına üç nəfər şikayət edib. İkisi Azərbaycan, biri isə Türkiyə vətəndaşı olan şəxslər şirkət rəhbərinin onlara qarşı dələduzluq etdiyini bildirib.

Üç nəfərə ümumilikdə təxminən 40 min manat ziyan dəydiyi bildirilir.

Son xəbərlər

Orphus sistemi