Yuxarı

​Bakıda turizm şirkətinin rəhbərindən polisə şikayət edilib

Üç nəfərə ümumilikdə 40 min manat ziyan dəyib

Bakı. 12 sentyabr. REPORT.AZ/ Bakıda şirkət rəhbərindən polisə şikayət edilib.

“Report”un xəbərinə görə, Nəsimi rayonu ərazisində yerləşən “Just tour” turizm şirkətinin rəhbəri Zəkayil Abdullayevdən hüquq-mühafizə orqanlarına üç nəfər şikayət edib. İkisi Azərbaycan, biri isə Türkiyə vətəndaşı olan şəxslər şirkət rəhbərinin onlara qarşı dələduzluq etdiyini bildirib.

Üç nəfərə ümumilikdə təxminən 40 min manat ziyan dəydiyi bildirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi