Bakı. 18 aprel. REPORT.AZ/ Tovuz rayonunun Qalaboyun kənd sakini 17 yaşlı Məqsəd Əmiraslanovu öldürən şəxs tutulub. "Report" xəbər verir ki, polis və prokurorluq əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Natiq Ələkbərov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi müvafiq sənədləri olmayan “TOZ-34” markalı tüfəng götürülüb.
Qeyd edək ki, aprelin 13-də rayonunun Qalaboyun kənd sakini Məqsəd Əmiraslanov ov tüfəngindən açılan atəşlə baş nahiyəsindən güllə yarası alıb. Yaralı xəstəxanaya aparılarkən yolda ölüb.