Sumqayıt sakini bıçaqlanıb

Sumqayıt sakini bıçaqlanıb Saxlanılan şəxs əvvəllər də bir dəfə məhkum olunub
Hadisə
5 Sentyabr , 2014 14:27
Sumqayıt sakini bıçaqlanıb

Bakı. 5 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən (DİN) Report-a daxil olan məlumata görə, hadisə zamanı şəhər sakini Ağasəlim Abdullayev bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxaya yerləşdirilib. Sumqayıt şəhər Polis İdarəsi (ŞPİ) 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Abdullayevə  bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Xızı rayon sakini, Ramil Rəhimov tutulub.

Qeyd edək ki, R.Rəhimov əvvəllər də bir dəfə məhkum olunub.

İngilis versiyası Resident of Sumgayit stabbed

Son xəbərlər

Orphus sistemi