Bakı. 5 sentyabr. REPORT.AZ/ Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən (DİN) Report-a daxil olan məlumata görə, hadisə zamanı şəhər sakini Ağasəlim Abdullayev bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxaya yerləşdirilib. Sumqayıt şəhər Polis İdarəsi (ŞPİ) 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Abdullayevə bıçaqla xəsarət yetirməkdə şübhəli bilinən Xızı rayon sakini, Ramil Rəhimov tutulub.
Qeyd edək ki, R.Rəhimov əvvəllər də bir dəfə məhkum olunub.