“Sovetski”də söküntü aparılan ərazidə yanğın baş verib - FOTO

“Sovetski”də söküntü aparılan ərazidə yanğın baş verib - FOTO Yanğın yaxınlıqdakı bərbərxanaya da keçib
Hadisə
27 İyun , 2016 14:33
“Sovetski”də söküntü aparılan ərazidə yanğın baş verib - FOTO

Bakı. 27 iyun. REPORT.AZ/ Bakı şəhəri, Yasamal rayonunun “Sovetski” kimi tanınan küçəsində yanğın hadisəsi baş verib.

“Report”un xəbərinə görə, küçənin söküntü aparılan hissəsində taxta və istifadəyə yararsız avtomobil şinləri yanıb.

Yanğın yaxınlıqdakı bərbərxanaya da keçib. Nəticədə bərbərxananın bir hissəsi yanıb. Hadisə nəticəsində bərbərxananın qarşısında dayanmış “Mercedes” markalı avtomobilə ziyan dəyib.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıblar.

Son xəbərlər

Orphus sistemi