Yuxarı

“Sovetski”də söküntü aparılan ərazidə yanğın baş verib - FOTO

Yanğın yaxınlıqdakı bərbərxanaya da keçib

Bakı. 27 iyun. REPORT.AZ/ Bakı şəhəri, Yasamal rayonunun “Sovetski” kimi tanınan küçəsində yanğın hadisəsi baş verib.

“Report”un xəbərinə görə, küçənin söküntü aparılan hissəsində taxta və istifadəyə yararsız avtomobil şinləri yanıb.

Yanğın yaxınlıqdakı bərbərxanaya da keçib. Nəticədə bərbərxananın bir hissəsi yanıb. Hadisə nəticəsində bərbərxananın qarşısında dayanmış “Mercedes” markalı avtomobilə ziyan dəyib.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğının qarşısını alıblar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi