*** 13:26
Bakı. 30 may. REPORT.AZ/ Xızı rayonundakı avtobus qəzası nəticəsində yaralanan və Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən şəxslərin 9-u Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın "Report"a verdiyi məlumata görə, həmin xəstəxanaya yerləşdirilən yaralıların sayı 15-ə çatıb.
Qəza zamanı yaralanan şəxslərin dördü evə buraxılıb: "Yaralıların ikisi isə gecə saatlarında 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib, onların vəziyyəti ağır olaraq qalır".
Xatırladaq ki, dünən Xızı rayonunun Altıağac qəsəbəsində Sumqayıt Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sumqayıt Dövlət Texniki Kollecinin tələbə-müəllim heyətini daşıyan avtobus qəzaya uğrayıb. Qəza nəticəsində 3 nəfər ölüb, 21-i yaralanıb. Yaralılardan 15 nəfəri Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.
*** 12:20
Siyəzən. 30 may.
"Report"un şimal bürosunun müxbirinin verdiyi məlumata görə, xəstəxanaya yerləşdirilən yaralılardan ikisinin vəziyyəti ağırdır.
Xatırladaq ki, qəzadan sonra mayın 29-da Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə 15 nəfər yerləşdirilib. Onlardan ikisi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının maşınları ilə Bakıya aparılıb və 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.
Xəstəxanaya yerləşdirilən yaralıların siyahısı:
1950-ci il təvəllüdlü Abdullayev Qafar
1951-ci il təvəllüdlü Mikayılov Çaylar
1954-cü il təvəllüdlü Abdullayev Nizami
1955-ci il təvəllüdlü Rzayev Rasim Səfa oğlu
1963-ci il təvəllüdlü Feyzullayev İsmayıl
1964-cü il təvəllüdlü Mollayeva İndirra
1966-cı il təvəllüdlü Qurbanov Əsəd
1973-cü il təvəllüdlü Rəhimova Ziba
1975-ci il təvəllüdlü Fərhadova Leyla
1975-ci il təvəllüdlü Rəhmanova Lalə Rəhman qızı
2005-ci il təvəllüdlü Kazımlı Nigar İlham qızı (L.Rəhmanovanın qızı, şagird)
1977-ci il təvəllüdlü Əliyeva Hədiyyə
1979-cu il təvəllüdlü Əliyeva İradə
1985-ci il təvəllüdlü Fərzəliyeva Fərqanə
1987-ci il təvəllüdlü Ağabəyli Vüsalə.