​Şirkətin nazirliyə qarşı 2 milyon manatlıq iddiasına Azərbaycan Ali Məhkəməsində baxılacaq

​Şirkətin nazirliyə qarşı 2 milyon manatlıq iddiasına Azərbaycan Ali Məhkəməsində baxılacaq “Prokter&Gembl Azərbaycan Servisləri” MMC-yə 2 milyon 163 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib
Hadisə
26 Oktyabr , 2015 15:52
​Şirkətin nazirliyə qarşı 2 milyon manatlıq iddiasına Azərbaycan Ali Məhkəməsində baxılacaq

Bakı. 26 oktyabr. REPORT.AZ/ “Prokter&Gembl Azərbaycan Servisləri” MMC Azərbaycanın İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətini məhkəməyə verib. “Report”un xəbərinə görə, MMC qərarın və göstərişin ləğv edilməsi barədə tələb irəli sürüb.

1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib, Bakı Apellyasiya Məhkəməsi də məhkəmə aktını dəyişdirmədən saxlayıb. Bununla razılaşmayan şirkət Azərbaycan Ali Məhkəməsinə müraciət edib.

İddiaya Azərbaycan Ali Məhkəməsində baxılacaq.

Xatırladaq ki, keçən il İSN yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən reklam bazarında aparılmış araşdırmalar zamanı “Oral-B Pro-flex” diş fırçasının, “Duracell” batareyasının, “Ariel” yuyucu tozunun və “Blend-a-med Pro-expert” diş məcununun reklamlarında istehlakçıların çaşdırılmasına səbəb olan haqsız və qeyri-dəqiq reklam əlamətləri aşkar edilib. Bununla əlaqədar həmin reklamların sifarişçisi olan “Prokter&Gembl Azərbaycan Servisləri” MMC barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb. İstehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verdiyinə görə “Prokter&Gembl Azərbaycan Servisləri” MMC-yə 2 milyon 163 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.

Son xəbərlər

Orphus sistemi