Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin əməkdaşı yol qəzası törədib

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin əməkdaşı yol qəzası törədib Qəza ilə bağlı araşdırma aparılır
Hadisə
28 İyul , 2015 10:52
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin əməkdaşı yol qəzası törədib

Bakı. 28 iyul. REPORT.AZ/ Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin əməkdaşı yol qəzası törədib. “Report”un xəbərinə görə, hadisə Nəsimi rayonu, Mərdanov qardaşları küşəsində qeydə alınıb.

Qəza zamanı Bakı şəhər sakini 30 yaşlı Tural Məmmədovun idarə etdiyi “Audi” markalı avtomobillə Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin əməkdaşı Alabdan Abdullahın idarə etdiyi xidməti “Lexus” markalı nəqliyyat vasitəsi toqquşub. Qəza zamanı xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Qəza ilə bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi