Bakı. 19 may. REPORT.AZ/
Hazırda hadisə yerində olan Təcili Tibbi Yardım stansiyasının baş həkimi Rauf Nağıyevin sözlərinə görə, bu saatlara kimi, müxtəlif dərəcəli bədən xəsarətləri alan 15 yaralı xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, ölkənin ən iri xəstəxana rəhbərlərinə müvafiq tapşırıqlar verilib və artıq yaralıları qəbul etməyə başlayıblar. Yaralıların 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə müxtəlif xəstəxanalara yerləşdirilib.