Səhiyyə Nazirliyi yaşayış binasında baş verən yanğınla əlaqədar rəsmi açıqlama yayıb

Səhiyyə Nazirliyi yaşayış binasında baş verən yanğınla əlaqədar rəsmi açıqlama yayıb Müxtəlif dərəcəli bədən xəsarətləri alan 15 yaralı xəstəxanalara yerləşdirilib
Hadisə
19 May , 2015 13:23
Səhiyyə Nazirliyi yaşayış binasında baş verən yanğınla əlaqədar rəsmi açıqlama yayıb

Bakı. 19 may. REPORT.AZ/ Səhiyyə Nazirliyi Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla əlaqədar rəsmi açıqlama yayıb. Nazirlikdən "Report"a verilən məlumata görə, hadisə yerinə 30 briqada göndərilib.

Hazırda hadisə yerində olan Təcili Tibbi Yardım stansiyasının baş həkimi Rauf Nağıyevin sözlərinə görə, bu saatlara kimi, müxtəlif dərəcəli bədən xəsarətləri alan 15 yaralı xəstəxanalara yerləşdirilib.

Qeyd edək ki, ölkənin ən iri xəstəxana rəhbərlərinə müvafiq tapşırıqlar verilib və artıq yaralıları qəbul etməyə başlayıblar. Yaralıların 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə, digərləri isə müxtəlif xəstəxanalara yerləşdirilib. 

Son xəbərlər

Orphus sistemi