Səfər Əbiyevin müavininin məhkəməsi gələn il davam etdiriləcək

Səfər Əbiyevin müavininin məhkəməsi gələn il davam etdiriləcək İki şahid prosesə gəlməyib
Hadisə
25 Dekabr , 2015 12:47
Səfər Əbiyevin müavininin məhkəməsi gələn il davam etdiriləcək

Bakı. 25 dekabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə təqsirləndirilən Azərbaycan müdafiə nazirinin keçmiş müavini polkovnik Mehman Səlimovun cinayət işi üzrə növbəti məhkəmə prosesi təxirə salınıb.

"Report"un məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasın təxirə salınmasına səbəb iki şahidin məhkəməyə gəlməməsi olub.

Məhkəmənin növbəti iclası 2016-cı ilin yanvar ayının 8-nə təyin edilib.

Qeyd edək ki, M.Səlimov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur. M.Səlimov 1995-1999-cu illərdə Azərbaycan müdafiə naziri Səfər Əbiyevin siyasi və ictimai işlər üzrə müavini olub.

Son xəbərlər

Orphus sistemi