Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB Hazırda yanğının baş vermə səbəbləri araşdırılır
Hadisə
24 Sentyabr , 2016 09:56
Sədərək Ticarət Mərkəzində baş verən yanğın söndürülüb - FOTO - YENİLƏNİB

*** 09:18

Bakı. 24 sentyabr. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın pərdə-tül mağazasında baş verib və nəticədə bütün mallar yanıb. Yanğın qismən digər mağazalara da keçib və ümumilikdə 39 kvadratmetr ərazi yanıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 8 yanğınsöndürmə avtomobili cəlb edilib və yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İlkin məlumata görə, bir sahibkara təqribən 7 000 manat ziyan dəyib. 

Hadisənin qısaqapanma nəticəsində yarandığı ehtimal edilir. 

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. 

Son xəbərlər

Orphus sistemi