*** 09:18
Bakı. 24 sentyabr. REPORT.AZ/ Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olub.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
"Report"un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğın pərdə-tül mağazasında baş verib və nəticədə bütün mallar yanıb. Yanğın qismən digər mağazalara da keçib və ümumilikdə 39 kvadratmetr ərazi yanıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 8 yanğınsöndürmə avtomobili cəlb edilib və yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
İlkin məlumata görə, bir sahibkara təqribən 7 000 manat ziyan dəyib.
Hadisənin qısaqapanma nəticəsində yarandığı ehtimal edilir.
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.