Sabunçu rayonunda avtomobil piyada qadını vurub

Sabunçu rayonunda avtomobil piyada qadını vurub Piyadanı vuran sürücü hadisə yerindən qaçıb
Hadisə
11 Sentyabr , 2014 15:14
Sabunçu rayonunda avtomobil piyada qadını vurub
Bakı. 11 sentyabr. REPORT.AZ/ Bakının Sabunçu rayonunda piyadanın vurulmasına səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. Sabunçu rayon Polis İdarəsindən (RPİ) Report-a verilən məlumata görə, qəza Balaxanı qəsəbəsində qeydə alınıb.

Hadisə zamanı qəsəbə ərazisində Bakı şəhər sakini Elnarə Eyvazova hələ ki, müəyyən edilməyən avtomobillə vurulub. Piyada hadisədən sonra xəstəxanaya yerləşdirilib.

Sabunçu RPİ əməkdaşları tərəfindən piyadanı vuran sürücünün axtarış tədbirləri davam etdirilir.

Son xəbərlər

Orphus sistemi