​Saatlı rayonunda 5 otaqlı ev yanıb

​Saatlı rayonunda 5 otaqlı ev yanıb Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub
Hadisə
14 Mart , 2015 16:23
​Saatlı rayonunda 5 otaqlı ev yanıb

Bakı. 14 mart. REPORT.AZ/ Saatlı rayonunda fərdi yaşayış evində yanğın olub.

"Report"un Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi məlumata görə, rayonun Azadkənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan birmərtəbəli, 5 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Son xəbərlər

Orphus sistemi