Rusiyada azərbaycanlı 24 il azadlıqdan məhrum edilib

Rusiyada azərbaycanlı 24 il azadlıqdan məhrum edilib Moskva şəhər məhkəməsi 25 yaşlı Nemət Rəşidovu polis əməkdaşının qətlində günahlandırıb
Hadisə
15 İyul , 2016 19:30
Rusiyada azərbaycanlı 24 il azadlıqdan məhrum edilib

Bakı. 15 iyul. REPORT.AZ/ Moskvada polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən azərbaycanlıya hökm oxunub.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Moskva şəhər məhkəməsi 25 yaşlı Nemət Rəşidovu Moskva Dairəvi Avtomobil Yolunda paytaxt polisi Andrey Bannovu öldürməkdə günahlandıraraq 24 il azadlıqdan məhrum edib.

Bundan başqa, zərərçəkən tərəfin iddiası qismən təmin olunub, məhkəmə həmçinin N.Rəşidovu 1 mln. rubl məbləğində cərimələyib.

Kiçik çavuş А.Bannov Moskva Dairəvi Avtomobil Yolunda şübhəli şəxsin saxlanılması zamanı həlak olub. Belə ki, polis avtomobili saxlayıb və şübhəli şəxsi həbs etmək istəyib. Ancaq şübhəli daxili işlər orqanlarının əməkdaşına üç bıçaq zərbəsi vurub və qaçıb.

Son xəbərlər

Orphus sistemi