Yuxarı

Rusiyada azərbaycanlı 24 il azadlıqdan məhrum edilib

Moskva şəhər məhkəməsi 25 yaşlı Nemət Rəşidovu polis əməkdaşının qətlində günahlandırıb

Bakı. 15 iyul. REPORT.AZ/ Moskvada polis əməkdaşını qətlə yetirməkdə təqsirləndirilən azərbaycanlıya hökm oxunub.

"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, Moskva şəhər məhkəməsi 25 yaşlı Nemət Rəşidovu Moskva Dairəvi Avtomobil Yolunda paytaxt polisi Andrey Bannovu öldürməkdə günahlandıraraq 24 il azadlıqdan məhrum edib.

Bundan başqa, zərərçəkən tərəfin iddiası qismən təmin olunub, məhkəmə həmçinin N.Rəşidovu 1 mln. rubl məbləğində cərimələyib.

Kiçik çavuş А.Bannov Moskva Dairəvi Avtomobil Yolunda şübhəli şəxsin saxlanılması zamanı həlak olub. Belə ki, polis avtomobili saxlayıb və şübhəli şəxsi həbs etmək istəyib. Ancaq şübhəli daxili işlər orqanlarının əməkdaşına üç bıçaq zərbəsi vurub və qaçıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi