​Rusiyada azərbaycanlı 200 dollar rüşvətə görə 400 min rubl cərimə olunub

​Rusiyada azərbaycanlı 200 dollar rüşvətə görə 400 min rubl cərimə olunub Rusiya ərazisindən xaric edilməsini istəməyən əcnəbi, polisə 200 dollar rüşvət vermək istəyib
Hadisə
29 Oktyabr , 2015 08:42
​Rusiyada azərbaycanlı 200 dollar rüşvətə görə 400 min rubl cərimə olunub

Bakı. 29 oktyabr. REPORT.AZ/ Rusiyanın Krasnoyarsk vilayətinin Dudinski rayon məhkəməsi rüşvət verməyə cəhddə təqsirli bilinən Azərbaycan Respublikası vətəndaşı barəsində ittiham hökmü çıxarıb.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.

Həmyerlimiz Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsi üzrə müqəssir bilinib.

Məhkəmə müəyyən edib ki, Dudinkaya qanunsuz gələn əcnəbi Taymır xətt polis şöbəsi əməkdaşları tərəfindən inzibati protokol tətrib edilməsi üçün saxlanılıb.

"Rusiya ərazisindən xaric edilməsini istəməyən əcnəbi, polisə 200 dollar rüşvət vermək istəyib, lakin hüquq-mühafizə orqanları əməkdaşı onun cinayətkar əməlinin qarşısını alıb", - deyə məlumatda bildirilir.

Məhkəmə həmyerlimizi 383 min 39 rubl məbləğində cərimə edib.

Son xəbərlər

Orphus sistemi