​Rusiyada 32 yaşlı azərbaycanlı itkin düşüb - FOTO

​Rusiyada 32 yaşlı azərbaycanlı itkin düşüb - FOTO O, ötən şənbə işlədiyi bazara gedib və geri qayıtmayıb
Hadisə
28 Aprel , 2016 07:29
​Rusiyada 32 yaşlı azərbaycanlı itkin düşüb - FOTO

Bakı. 28 aprel. REPORT.AZ/ Rusiyanın İrkutsk vilayətində gənc azərbaycanlı itkin düşüb.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, 1984-cü il təvəllüdlü Əliyev Ramal Fərman oğlunun itkin düşməsi barədə polisə məlumat aprelin 23-də daxil olub.

Onun qohumlarının sözlərinə görə, ötən şənbə oğlan hazırda işlədiyi Mərkəzi bazara gedib və oradan evə qayıtmayıb. Hazırkı vaxtadək onun harada olduğu məlum deyil.

İtkin düşən şəxs qara gödəkcə, boz şalvar və qara rəngli dəri ayaqqabıda olub.

Son xəbərlər

Orphus sistemi