Rauf Mirqədirovun məhkəməsində jurnalistlər ifadə verib

Rauf Mirqədirovun məhkəməsində jurnalistlər ifadə verib Proses qapalı keçirilib
Hadisə
25 Noyabr , 2015 12:12
Rauf Mirqədirovun məhkəməsində jurnalistlər ifadə verib

Bakı. 25 noyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində jurnalist Rauf Mirqədirovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib. “Report”un xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyi ilə qapalı şəraitdə keçirilən prosesdə şahidlər Əli Quliyev, jurnalist, siyasi şərhçi Azər Rəşidoğlu və “Turan” İnformasiya Agentliyinin əməkdaşı Fərid Qəhrəmanov ifadə verib.

Məhkəmənin növbəti prosesi dekabrın 2-nə təyin edilib.

Qeyd edək ki, R.Mirqədirov ötən ilin aprel ayında Türkiyədə saxlanılıb. Jurnalist daha sonra Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi