Qiyas İbrahimova hökm oxunub

Qiyas İbrahimova hökm oxunub O, məhkəmənin qərarı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
25 Oktyabr , 2016 18:42
Qiyas İbrahimova hökm oxunub

Bakı. 25 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Qiyas İbrahimovun məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən iclasda hökm oxunub. Məhkəmənin qərarı ilə Q.İbrahimov 10 il müddətinə azadlıqdan məhrum edilib. 

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında Q.İbrahimovun 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Q.İbrahimov Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunub. Xətai Rayon Məhkəməsində onun barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər

Orphus sistemi