Qazaxda baş verən ağır yol qəzasında ölənlərin sayı üçə çatıb - FOTO

Qazaxda baş verən ağır yol qəzasında ölənlərin sayı üçə çatıb - FOTO Qəzada xəsarət alan 34 yaşlı Niyaməddin Vəliyev vəfat edib
Hadisə
13 Fevral , 2016 16:07
Qazaxda baş verən ağır yol qəzasında ölənlərin sayı üçə çatıb - FOTO

Bakı. 13 fevral. REPORT.AZ/ Qazax rayonunda baş verən ağır yol qəzasında ölənlərin sayı üçə çatıb.

"Report" xəbər verir ki, Bakı-Qazax avtomagistral yolunda baş verən qəzada xəsarət alan 34 yaşlı Niyaməddin Vəliyev vəfat edib.

Qeyd edək ki, Bakı-Qazax avtomagistral yolunun 479-cu km-də avtomobil qəzası olub. Sürətlə idarə olunan avtomobilin səkiyə çırpılması zamanı, sürücü 35 yaşlı Qazax rayon sakini Elfaq Bəyimov və sərnişin 25 yaşlı Şirxan Əhmədov hadisə yerində dünyasını dəyişib. Avtomobildə olan digər 3 nəfər - 22 yaşlı Sənan Abbaszadə, 21 yaşlı Vidadi Məmmədov, həmçinin bu gün vəfat edən 34 yaşlı Niyaməddin Vəliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qazax Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi