Qaxda avtomobil elektrik dirəyinə çırpılıb, 82 yaşlı sürücü ölüb

Qaxda avtomobil elektrik dirəyinə çırpılıb, 82 yaşlı sürücü ölüb Faktla bağlı araşdırma aparılır
Hadisə
4 Avqust , 2016 20:19
Qaxda avtomobil elektrik dirəyinə çırpılıb, 82 yaşlı sürücü ölüb

Qax. 4 avqust. REPORT.AZ/ Qax rayonunda yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Şimal-Qərb bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Ləkit kəndi ərazisində qeydə alınıb. 

Belə ki, Qax rayonunun Zərnə kənd sakini, 82 yaşlı Mahmud Rəhim oğlu Mahmudov idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək maşını yol kənarındakı elektrik dirəyinə çırpıb. Sürücü aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində ölüb. 

Faktla bağlı Qax Rayon Polis Şöbəsində araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi