Piyadanı avtomobillə vuraraq qaçan sürücü 20 gün sonra tapılıb

Piyadanı avtomobillə vuraraq qaçan sürücü 20 gün sonra tapılıb Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
4 Mart , 2015 13:20
Piyadanı avtomobillə vuraraq qaçan sürücü 20 gün sonra tapılıb

Bakı. 4 mart. REPORT.AZ/ Bakı sakinini avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü 20 gün sonra tapılıb. “Report”un xəbərinə görə, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı yayıb.

Məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 22-ci Polis Bölməsi (PB) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 12-də Sacıdə Abdulun xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin “VAZ-21053” markalı avtomobilin sürücüsü, Bakı şəhər sakini Ədalət Bayramov tərəfindən törədilməsi müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi