​Papua-Yeni Qvineyada polis nümayişçi tələbələrə atəş açıb: - 4 ölü, 7 yaralı

​Papua-Yeni Qvineyada polis nümayişçi tələbələrə atəş açıb: - 4 ölü, 7 yaralı Tələbələr beş həftədir baş nazir Piter O Nilə qarşı etiraz aksiyaları keçirirlər
Hadisə
8 İyun , 2016 06:35
​Papua-Yeni Qvineyada polis nümayişçi tələbələrə atəş açıb: - 4 ölü, 7 yaralı

Bakı. 8 iyun. REPORT.AZ/ Papua-Yeni Qvineyada polis nümayişçi tələbələrə atəş açıb.

"Report"un məlumatına görə, bu barədə "ABC" telekanalı məlumat yayıb.

Məlumata görə, asayiş keşikçilərinin açdığı atəş nəticəsində ən azı 4 nəfər ölüb, 7 nəfər yaralanıb. 

Bildirilir ki, polis ölkənin paytaxtındakı parlament binası qarşısında dinc nümayiş keçirmək istəyən tələbələri hədəf seçib.

Telekanalın məlumatına görə, tələbələr beş həftədir baş nazir Piter O Nilə qarşı etiraz aksiyaları keçirirlər.

Son xəbərlər

Orphus sistemi