Bakı. 8 iyun. REPORT.AZ/ Papua-Yeni Qvineyada polis nümayişçi tələbələrə atəş açıb.
"Report"un məlumatına görə, bu barədə "ABC" telekanalı məlumat yayıb.
Məlumata görə, asayiş keşikçilərinin açdığı atəş nəticəsində ən azı 4 nəfər ölüb, 7 nəfər yaralanıb.
Bildirilir ki, polis ölkənin paytaxtındakı parlament binası qarşısında dinc nümayiş keçirmək istəyən tələbələri hədəf seçib.
Telekanalın məlumatına görə, tələbələr beş həftədir baş nazir Piter O Nilə qarşı etiraz aksiyaları keçirirlər.