​Narkotik vasitələri satmaqda təqsirləndirilən şəxslərə hökm oxunub

​Narkotik vasitələri satmaqda təqsirləndirilən şəxslərə hökm oxunub Elmar Dadaşov 8 il, Rəşad Mürvətov 3 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
10 Sentyabr , 2015 15:03
​Narkotik vasitələri satmaqda təqsirləndirilən şəxslərə hökm oxunub

Bakı. 10 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən Elmar Nazim oğlu Dadaşov və Rəşad Yaşar oğlu Mürvətovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un xəbərinə görə, Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hər iki şəxs son söz deyib.

Daha sonra hakimlər müşavirə otağına yollanıblar.

Müşavirədən qayıdan məhkəmə heyəti hökmü oxuyub. Məhkəmənin hökmü ilə Elmar Dadaşov 8 il, Rəşad Mürvətov isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Elmar Dadaşov 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) və Rəşad Mürvətov 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunublar.

Son xəbərlər

Orphus sistemi