​Narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

​Narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib Məhkəmənin növbəti iclası oktyabrın 1-nə təyin edilib
Hadisə
30 Sentyabr , 2015 16:20
​Narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən İslam Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və şahidlər ifadə verib.

Məhkəmənin növbəti iclası oktyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, İ.Mirzəyev Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Son xəbərlər

Orphus sistemi