Yuxarı

​Narkotik vasitələri satmaqda təqsirləndirilən şəxsin məhkəməsi keçirilib

Məhkəmənin növbəti iclası oktyabrın 1-nə təyin edilib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq narkotik vasitələri satmaqda təqsirləndirilən İslam Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs və şahidlər ifadə verib.

Məhkəmənin növbəti iclası oktyabrın 1-nə təyin edilib.

Qeyd edək ki, İ.Mirzəyev Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi