Nardaranda ATV-nin avtomobili daşa basılıb, sürücüsü döyülüb - FOTO

Nardaranda ATV-nin avtomobili daşa basılıb, sürücüsü döyülüb - FOTO Bir neçə nəfər “Report” İnformasiya Agentliyinin avtomobilinə də hücum etmək istəyib
Hadisə
26 Noyabr , 2015 15:22
Nardaranda ATV-nin avtomobili daşa basılıb, sürücüsü döyülüb - FOTO

Bir neçə nəfər “Report” İnformasiya Agentliyinin avtomobilinə də hücum etmək istəyib.

Bakı. 26 noyabr. REPORT.AZ/ Bakının Nardaran qəsəbəsində gərginlik qalmaqdadır. “Report”un əməkdaşı xəbər verir ki, qəsəbəyə çəkilişə gələn “Azad Azərbaycan” Televiziyasının (ATV) avtomobilinin üzərinə bir neçə nəfər hücum edib. Avtomobil daşa basılıb, sürücüsü isə döyülüb.

Bir neçə nəfər “Report” İnformasiya Agentliyinin avtomobilinə də hücum etmək istəyib. Lakin sürücü Müşfiq Novruzov avtomobili ərazidən uzaqlaşdıra bilib.

Qeyd edək ki, Azərbaycanın hüquq-mühafizə orqanları Bakının Nardaran qəsəbəsində əməliyyat keçirib. Əməliyyat zamanı polisə atəş açılıb. İkisi polis olmaqla, 3 nəfərin öldürülməsi haqda məlumatlar yayılıb. 

Son xəbərlər

Orphus sistemi