Nardaran istiqamətində bütün yollar açılıb, nəqliyyatın hərəkəti bərpa edilib

Nardaran istiqamətində bütün yollar açılıb, nəqliyyatın hərəkəti bərpa edilib Yalnız qəsəbənin girişində olan postlar qalır
Hadisə
2 Dekabr , 2015 11:04
Nardaran istiqamətində bütün yollar açılıb, nəqliyyatın hərəkəti bərpa edilib

Bakı. 2 dekabr. REPORT.AZ/ Bakının Nardaran qəsəbəsi istiqamətində bütün yollar açılıb, nəqliyyatın hərəkəti tam bərpa edilib. “Report”un Nardaranda olan əməkdaşı xəbər verir ki, hazırda yalnız qəsəbənin girişində olan postlar qalır. Həmin postlarda vətəndaşların sənədləri yoxlanılır.

Qeyd edək ki, dekabrın 1-də saat 08.00-dan qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.

Son xəbərlər

Orphus sistemi