Müdafiə Sənayesi Nazirliyi "Telemexanika" zavodunda baş verən yanğınla bağlı rəsmi məlumat yayıb

Müdafiə Sənayesi Nazirliyi "Telemexanika" zavodunda baş verən yanğınla bağlı rəsmi məlumat yayıb Sexlərin birində yaranan qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib
Hadisə
6 İyul , 2015 19:17
Müdafiə Sənayesi Nazirliyi Telemexanika zavodunda baş verən yanğınla bağlı rəsmi məlumat yayıb

Bakı. 6 iyul. REPORT.AZ/ Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Telemexanika" zavodunda baş verən yanğınla bağlı rəsmi məlumat yayıb. 

Nazirlikdən "Report"a verilən məlumatda qeyd olunub ki, bu gün saat 11:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Telemexanika" zavodunun sexlərinin birində yaranan qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib. 

Yanğın nəticəsində zavodun bir əməkdaşı dünyasını dəyişmiş, 6 nəfər isə xəsarət almışdır. Xəsarət alanlar xəstəxanada həkim nəzarəti altındadır. 

Son xəbərlər

Orphus sistemi