Bakı. 6 iyul. REPORT.AZ/
Nazirlikdən "Report"a verilən məlumatda qeyd olunub ki, bu gün saat 11:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı "Telemexanika" zavodunun sexlərinin birində yaranan qısaqapanma nəticəsində sıçrayış olub və nəticədə 20 kvadratmetr sahədə yanğın baş verib.
Yanğın nəticəsində zavodun bir əməkdaşı dünyasını dəyişmiş, 6 nəfər isə xəsarət almışdır. Xəsarət alanlar xəstəxanada həkim nəzarəti altındadır.