​Moskvada tərkibində 4 azərbaycanlının olduğu cinayətkar dəstənin üzvləri saxlanılıb

​Moskvada tərkibində 4 azərbaycanlının olduğu cinayətkar dəstənin üzvləri saxlanılıb Onlar dekabrın əvvəlində Azərbaycandan olan iş adamına basqın etməkdə də şübhəli bilinirlər
Hadisə
22 Dekabr , 2014 11:06
​Moskvada tərkibində 4 azərbaycanlının olduğu cinayətkar dəstənin üzvləri saxlanılıb

Bakı. 22 dekabr. REPORT.AZ/ Moskva polisi sahibkara basqın etməyə təhrik edən cinayətkar qrupun üzvlərini tutub.

"Report" bu barədə "İnterfaks"a istinadən xəbər verir.

"Əməliyyat-axtarış nəticəsində Moskvanın cənub dairəsində sözügedən cinayəti törətməkdə şübhəli bilinənlər saxlanılıb. 22-48 yaş arasında olan bu qrupun 4 üzvü Azərbaycanda anadan olub. Həmin şəxslər barəsində qətiimkan tədbiri seçilib", - Rusiya Daxili İşlər Nazirliyi Cinayət-Axtarış Baş İdarəsinin məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, onlar dekabrın əvvəlində Azərbaycandan olan bir iş adamına basqın edərək, həmin şəxsin 300 min rublunu almaqda da şübhəli bilinirlər.

Son xəbərlər

Orphus sistemi