Bakı. 22 dekabr. REPORT.AZ/ Moskva polisi sahibkara basqın etməyə təhrik edən cinayətkar qrupun üzvlərini tutub.
"Report" bu barədə "İnterfaks"a istinadən xəbər verir.
"Əməliyyat-axtarış nəticəsində Moskvanın cənub dairəsində sözügedən cinayəti törətməkdə şübhəli bilinənlər saxlanılıb. 22-48 yaş arasında olan bu qrupun 4 üzvü Azərbaycanda anadan olub. Həmin şəxslər barəsində qətiimkan tədbiri seçilib", - Rusiya Daxili İşlər Nazirliyi Cinayət-Axtarış Baş İdarəsinin məlumatında bildirilib.
Məlumatda qeyd olunub ki, onlar dekabrın əvvəlində Azərbaycandan olan bir iş adamına basqın edərək, həmin şəxsin 300 min rublunu almaqda da şübhəli bilinirlər.