Bakı. 9 fevral. REPORT.AZ/ Gecə saatlarında Mingəçevir və Bakı şəhərlərində iki yanğın hadisəsi baş verib.
“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə BakınınNərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş qaldırıb.
Vətəndaşa məxsus 3 otaqlı mənzilin mətbəxində mebel və 1 ədəd paltaryuyan maşını yanıb. Mənzil yanğından mühafizə olunub və söndürülüb.
İkinci yanğın hadisəsi isə Mingəçevir şəhərində köşkdə baş verib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.