​Mingəçevirdə köşk, Bakıda isə üçotaqlı ev yanıb

​Mingəçevirdə köşk, Bakıda isə üçotaqlı ev yanıb Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunub
Hadisə
9 Fevral , 2015 07:56
​Mingəçevirdə köşk, Bakıda isə üçotaqlı ev yanıb

Bakı. 9 fevral. REPORT.AZ/ Gecə saatlarında Mingəçevir və Bakı şəhərlərində iki yanğın hadisəsi baş verib.

“Report” Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, əvvəlcə BakınınNərimanov rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş qaldırıb.

Vətəndaşa məxsus 3 otaqlı mənzilin mətbəxində mebel və 1 ədəd paltaryuyan maşını yanıb. Mənzil yanğından mühafizə olunub və söndürülüb.

İkinci yanğın hadisəsi isə Mingəçevir şəhərində köşkdə baş verib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi