​Azərbaycanda məktəbdən çıxan iki şagirdi maşın vurub - FOTO

​Azərbaycanda məktəbdən çıxan iki şagirdi maşın vurub - FOTO Xəstəxanadan yaralıların vəziyyətinin ağır olduğu bildirilib
Hadisə
7 Oktyabr , 2015 14:18
​Azərbaycanda məktəbdən çıxan iki şagirdi maşın vurub - FOTO

Bakı. 7 oktyabr. REPORT.AZ/ Bərdədə iki məktəblinin vurulması ilə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Otuzikilər kəndində qeydə alınıb.

Belə ki, məktəbdən çıxaraq evə gedən 7 yaşlı Dadaşzadə Gülşən Cabbar qızı və 8 yaşlı Quliyev Rəşad Rasim oğlunu "VAZ 2107" markalı avtomobil vurub.
Ağır bədən xəsarətləri alan yaralılar dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxananın Travmatologiya şöbəsindən "Report"a yaralıların vəziyyətinin ağır olduğu bildirilib.

Son xəbərlər

Orphus sistemi