Bakı. 7 oktyabr. REPORT.AZ/ Bərdədə iki məktəblinin vurulması ilə nəticələnən yol qəzası baş verib. "Report" xəbər verir ki, hadisə rayonun Otuzikilər kəndində qeydə alınıb.
Belə ki, məktəbdən çıxaraq evə gedən 7 yaşlı Dadaşzadə Gülşən Cabbar qızı və 8 yaşlı Quliyev Rəşad Rasim oğlunu "VAZ 2107" markalı avtomobil vurub.
Ağır bədən xəsarətləri alan yaralılar dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxananın Travmatologiya şöbəsindən "Report"a yaralıların vəziyyətinin ağır olduğu bildirilib.