Məhkəmə yol-nəqliyyat hadisəsi yerindən qaçmaqda təqsirləndirilən şəxsə bəraət verib

Məhkəmə yol-nəqliyyat hadisəsi yerindən qaçmaqda təqsirləndirilən şəxsə bəraət verib Hadisə metronun “Koroğlu” stansiyasının yaxınlığında baş verib
Hadisə
8 Yanvar , 2016 13:08
Məhkəmə yol-nəqliyyat hadisəsi yerindən qaçmaqda təqsirləndirilən şəxsə bəraət verib

Bakı. 8 yanvar. REPORT.AZ/ Azərbaycanda məhkəmə yol-nəqliyyat hadisəsi yerindən qaçmaqda təqsirləndirilən şəxsə bəraət verib.

Bu barədə “Report”a həmin şəxsin vəkili Ceyhun Yusifov bildirib.

Belə ki, bu gün Nizami rayon Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Cəmaləddin Həsənov barəsində bəraət hökmü çıxarılıb.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi 2015-ci ilin may ayında metronun “Koroğlu” stansiyasının yaxınlığında baş verib. C.Həsənov Cinayət Məcəlləsinin 264-cü (Yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə təqsirləndirilib.

Son xəbərlər

Orphus sistemi