​Məhkəmə CATEL-in işi ilə bağlı ekspertiza təyin edib

​Məhkəmə CATEL-in işi ilə bağlı ekspertiza təyin edib Hakim Səriyyə Seyidovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub
Hadisə
21 Dekabr , 2015 10:30
​Məhkəmə CATEL-in işi ilə bağlı ekspertiza təyin edib

Bakı. 21 dekabr. REPORT.AZ/ Bakı Apellyasiya Məhkəməsində Vergilər Nazirliyi (VN) yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin “Caspian American Telekommunications LLC” (CATEL) Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı apellyasiya şikayəti üzrə məhkəmə işi davam etdirilib.

"Report"un məlumatına görə, hakim Səriyyə Seyidovanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Qərara əsasən, işə baxılması üçün ekspertiza təyin edilib.

Qeyd edək ki, bu il CATEL VN-in departamentini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC qərarın, aktın və tələbnamənin mübahisələndirilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan VN-in departamenti apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

Son xəbərlər

Orphus sistemi