Məhkəmə Azərbaycanda həbs olunan Türkiyə vətəndaşının Bolqarıstana ekstradisiya edilməsi haqda qərar qəbul edib

Məhkəmə Azərbaycanda həbs olunan Türkiyə vətəndaşının Bolqarıstana ekstradisiya edilməsi haqda qərar qəbul edib Kadir Barmaksız İnterpol xətti ilə axtarışa verilib
Hadisə
20 May , 2016 11:56
Məhkəmə Azərbaycanda həbs olunan Türkiyə vətəndaşının Bolqarıstana ekstradisiya edilməsi haqda qərar qəbul edib

Bakı. 20 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İntepol xətti ilə saxlanılan Türkiyə vətəndaşı Kadir Barmaksız Mehmet oğlunun Bolqarıstana ekstradisiya edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib.

"Report"un məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Məhkəmə K.Barmaksızın Bolqarıstana eksradisiya edilməsi ilə bağlı qərar qəbul edib. 

Qeyd edək ki, K.Barmaksız Bolqarıstan gömrüyündən qaçaqmalçılıqla külli miqdarda tütün keçirməkdə təqsirli bilinib. Onun saxlanılması mümkün olmayıb. Bolqarıstan K.Barmaksızı İnterpol xətti ilə axtarışa verib. O, bu il Azərbaycanda saxlanılıb.

Son xəbərlər

Orphus sistemi