Lerikdə istirahət edərkən çayda boğulan gəncin meyti tapılıb - ƏLAVƏ OLUNUB

Lerikdə istirahət edərkən çayda boğulan gəncin meyti tapılıb - ƏLAVƏ OLUNUB Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib
Hadisə
17 Avqust , 2016 13:21
Lerikdə istirahət edərkən çayda boğulan gəncin meyti tapılıb - ƏLAVƏ OLUNUB

Lənkəran. 17 avqust. REPORT.AZ/ Lerik rayonu ərazisində çaya düşərək boğulan Lənkəran rayonunun Digah kənd sakini 18 yaşlı İsmayılov Mircavad Məhəmməd oğlunun meyti tapılıb. 

"Report"un Cənub bürosunun məlumatına görə, gəncin meyiti aidiyyəti üzrə təhvil verilib.

M.İsmayılov yeni ailə qurubmuş. 

*** 

Lənkəranlı gənc Lerik rayonunda istirahət edərkən çayda boğulub.

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun keçdiyi ərazidə (Lənkəran-Lerik yolunun 25-ci km-də, Sivəkəran kəndində) qeydə alınıb. Hələlik şəxsiyyəti dəqiqləşdirilməyən, Lənkəran sakini olduğu bildirilən şəxs yolun kənarındakı dərəyə enib. Orada təxminən 3 metr hündürlüyü olan şəlalənin aşağı hissəsində çimmək istəyib. 

Yerli sakinlərin sözlərinə görə, həmin şəxs yaxınlıqdakı istirahət mərkəzlərindən birində yeyib-içdikdən sonra sərinlənmək üçün çaya girib. Burada isə çayda batıb. Həmin ərazidə çatın bəzi yerlərində dərinliyi 10 metrə qədərdir. 

Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin dalğıc-xilasediciləri məlumatlandırılıblar. 

Hazırda ərazidə axtarış aparılır.

Son xəbərlər

Orphus sistemi