Lənkəranda ölümlə nəticələnən yol qəzası baş verib - FOTO - ƏLAVƏ OLUNUB
Hadisə
- 04 yanvar, 2016
- 10:23
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 4 yanvar. REPORT.AZ/ Lənkəran-Boradigah şossesinin Zövlə kəndi ərazisindən keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Report”un xəbərinə görə, “VAZ 21015” markalı “44 BK 905” dövlət nömrə nişanlı minik avtomobili ilə motosiklet toqquşub. Motosikletin sürücüsü, Zövlə kənd sakini, 61 yaşlı Ayaz Salayev hadisə yerində dünyasını dəyişib.
Onun sərnişini, Boladi kənd sakini 43 yaşlı Həmzə İsbərov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Lənkəran rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən Masallı rayonunun Mahmudabar kənd sakini, 28 yaşlı Dostəliyev Amid Dünyamalı oğlu polis tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Son xəbərlər
09:44
Foto
Ağdam Şəhəri Günü münasibətilə Qarabağ atlarının yürüşü keçirilib
Qarabağ
09:41
Seymur Səfərli: "Məhsul itkilərinin azaldılması aqrar sahənin əsas çağırışlarındandır"
ASK
09:40
Foto
Pirallahı, Səbail və Qaradağ rayonlarında qışa hazırlıqla bağlı işlər müzakirə olunub
Daxili siyasət
09:39
Azərbaycan nefti cüzi bahalaşıb
Energetika
09:38
Nazir müavini: "Buğda istehsalında 70 %-lik özünütəminetmə hədəfi müəyyənləşdirilib"
ASK
09:35
Nquyen Van Tyen: Azərbaycan və Vyetnam mədəni əlaqələrin inkişafı üçün böyük potensiala malikdir
Xarici siyasət
09:32
Nqiem Vu Hay: Bakıda təhsil almış bir çox vyetnamlı böyük uğurlar qazanıb
Xarici siyasət
09:31
Video
"Baku TV" İlham Əliyevin Vyetnamın tarixi məkanlarını ziyarət etməsi ilə bağlı süjet hazırlayıb
Xarici siyasət
09:31
Bu gündən Bakı–Balakən–Bakı qatarının hərəkəti bərpa edilir
İnfrastruktur