Lənkəranda 9 yaşlı qızı maşın vurub - FOTO

Lənkəranda 9 yaşlı qızı maşın vurub - FOTO Faktla bağlı araşdırma aparılır
Hadisə
29 Avqust , 2016 16:21
Lənkəranda 9 yaşlı qızı maşın vurub - FOTO

Lənkəran. 29 avqust. REPORT.AZ/ Lənkəran şəhərində piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. 

"Report"un Cənub bürosu xəbər verir ki, hadisə şəhərin "Kiçik bazar" məhəlləsində qeydə alınıb. 

Belə ki, Lənkəranın Göyşaban kənd sakini 51 yaşlı Mətləb Rzayev idarə etdiyi “KIA-Sorento” markalı, 42-BR-640 dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla yolu keçmək istəyən əslən İmişli rayonundan olan, Lənkəranda kirayədə yaşayan 9 yaşlı Aysu Rafiq qızı Hüseynlini vurub. Sürücü yaralını Lənkəran Mərkəzi rayon Xəstəxanasına (RMX) çatdırıb. 

Xəstəxanadan bildirilib ki, A.Hüseynli qapalı kəllə-beyin travması alıb və reanimasiya şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi