Bakı. 1 aprel. REPORT.AZ/ Keçən il Azərbaycanın birinci instansiya məhkəmələri tərəfindən 13 min 270 nəfər məhkum edilib.
"Report" xəbər verir ki, bu, Ali Məhkəmənin 2015-ci il fəaliyyətinə dair məlumatında əksini tapıb.
O cümlədən, birinci instansiya ümumi məhkəmələri tərəfindən 11 min 951 nəfər, hərbi məhkəmələr tərəfindən isə 1319 nəfər məhkum olunub.
Məlumatda bildirilib ki, 2015-ci ildə 69 nəfər barəsində bəraət hökmü çıxarılıb. Respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2015-ci ildə ümumi məhkum edilənlərin sayı 2014-cü ilə nisbətən 72 nəfər azalıb.