Azərbaycanda itkin düşmüş polis zabitinin meyiti tapılıb

Azərbaycanda itkin düşmüş polis zabitinin meyiti tapılıb Onun meyiti qismən çürüməyə məruz qalıb
Hadisə
18 Yanvar , 2016 14:31
Azərbaycanda itkin düşmüş polis zabitinin meyiti tapılıb

Bakı. 18 yanvar. REPORT.AZ/ Şirvan kanalının Göyçay rayonunun Bığır kəndindən keçən hissəsində üzərində zorakılıq əlamətləri görünməyən və qismən çürüməyə məruz qalmış 60-65 yaşlı kişi meyiti tapılıb.

“Report”un xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları onun ötən il dekabrın 12-də itkin düşmüş İsmayıllı şəhər sakini Bəxtiyar Nəsirov olduğunu müəyyənləşdirib.

Qeyd edək ki, B.Nəsirov keçmiş polis zabitidir.

Son xəbərlər

Orphus sistemi